Cümə axşamı
Mar 27

Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcəklər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.

King.Az "Reuters" agentliyinə istinadən verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron liderlərin Ukraynaya dəstək üçün Parisdə keçirilən görüşündən sonra bildirib.

Makron qeyd edib ki, bu gün xarici işlər nazirlərinə atəşkəs rejiminə necə nəzarət etmək barədə təkliflər hazırlamaq tapşırığı verilməsi qərara alınıb. Nazirlərin təkliflərlə çıxış etmək üçün üç həftə vaxtı olacaq.

Eyni zamanda, Makron vurğulayıb ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.