Cümə
İyn 12

Miroslav Koubek adını Çexiya millisinin tarixinə yazdırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çexiya milli komandasının baş məşqçisi Miroslav Koubek futbol üzrə dünya çempionatı tarixində komandasını matça çıxaran ən yaşlı mütəxəssis olaraq adını tarixə yazdırıb.

King.Az-ın məlumatına görə, DÇ-2026 çərçivəsində Koreyaya qarşı keçirilən oyun zamanı onun 74 yaşı və 283 günü tamam olub. Bununla da, o, iyunun 11-i Cənubi Afrika Respublikası (CAR) yığmasının baş məşqçisi statusunda 74 yaş 62 günlüyündə komandasını Meksika ilə oyuna çıxaran Hüqo Bossun rekordunu geridə qoyub.

Lakin DÇ-2026-dakı bu tarixi göstərici uzun müddət qüvvədə qalmaya bilər. Belə ki, hazırda 78 yaşında Kürasao millisini çalışdıran Dik Advokatın həmin rekordu yeniləmək şansı var.

Qeyd edək ki, DÇ-2026-nın açılış matçında CAR komandasına 2:0 hesabı ilə qalib gələn meksikalılar aktivlərinə 3 xal yazdırıblar. Qrupun digər matçında isə Cənubi Koreya Çexiya millisini 2:1 hesabı ilə məğlub edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.