Cümə
İyn 05

Azərbaycan millisi bu gün Malta ilə ilk yoxlama oyununa çıxır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avstriyada təlim-məşq toplanışını davam etdirən futbol üzrə Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.

King.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta yığması ilə üz-üzə gələcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mixali Kaprali olacaq.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San-Marinoya qarşı keçirəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.