Bazar ertəsi
Dek 09

Tramp rəqiblərindən qisas alacaq?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Rəqiblərimdən qisas almayacağam, qisas almağın ən yaxşı yolu ABŞ-nin uğuru olacaq".

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "NBC News"a müsahibəsində deyib.

"Ölkəmizin uğurlu olmasını istəyirəm, keçmişə qayıtmaq istəmirəm, ABŞ-nin uğuru elə qisas olacaq", - o bildirib.

Trampın sözlərinə görə, ona qarşı bir neçə cinayət işinə rəhbərlik etmiş xüsusi prokuror Cek Smit çox rüşvətxordur, ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu ilə bağlı vəziyyəti araşdıran xüsusi komitəsinin üzvləri isə siyasi cinayətkarlardır. Eyni zamanda, Tramp onlara qarşı cinayət təqibini təşkil etməyəcəyini bildirib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.