Şənbə
May 30

"Barselona" ingilis futbolçunu transfer etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İngiltərə millisinin vingeri Entoni Qordon rəsmi olaraq "Barselona"nın oyunçusu olub.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb

Kataloniya klubu 25 yaşlı futbolçunun "Nyukasl"dan transferini elan edib. Müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.

Transferin məbləği 70 milyon avro olub, bonuslar isə 10 milyon avro təşkil edib.

Qeyd edək ki, geridə qalan mövsümdə Qordon "Nyukasl"ın heyətində bütün turnirlərdə 46 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.