Şənbə
May 30

"İmişli" "Barselona"nın məşqçisinə təklif göndərib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"İmişli" futbol kklubu yeni mövsüm üçün əcnəbi məşqçi axtarışını davam etdirir.

King.Az Prosport.Az-a istinadən xəbər verir ki, klub ispaniyalı Pol Planas və ukraynalı Yuri Kalitvintsevə təklif göndərib.

Lakin onlar "İmişli"nin təklifini qəbul etməyiblər. "Barselona" akademiyasında çalışan, son mövsüm katalonların U-19 komandasını İspaniya çempionu edən 34 yaşlı Planas atasının səhhətinə görə ölkəni tərk etməyin düzgün olmadığını bildirib.

Ukrayna millisində, Moskva "Dinamo"sunda çalışmış 58 yaşlı Kalitvintsevin isə niyə təklifi qəbul etmədiyi bəlli deyil.

Bununla belə, "İmişli"nin baş məşqçi siyahısında daha bir ispaniyalı və xorvat məşqçi var. Hazırda ispaniyalı baş məşqçinin gəlişi daha real görünür.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.