Italiyalı Stefano Pioli portuqaliyalı hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun yeni baş məşqçisi olacaq.
King.Az bu barədə "championat"a istinadən xəbər verir.
Məlumata görə, hazırda komandaya rəhbərlik edən Luiş Kaştru tezliklə klubdan ayrılacaq.
Səudiyyə Ərəbistanı çempionatında "Ən-Nəsr" cari mövsümə bir qələbə və bir heç-heçə ilə başlayıb və iki turdan sonra turnir cədvəlində beşinci yeri tutur.
Yerli Superkubok finalında Kaştrunun komandası "Əl-Hilal"a 1:4 hesabı ilə məğlub olub.
Əvvəllər Pioli 2019-cu ilin oktyabrından "Milan"da işləyib, onun rəhbərliyi altında komanda 2021/22 mövsümündə A Seriyasını qazanıb və növbəti mövsümdə Çempionlar Liqasının yarımfinalına çıxıb.

Oxşar Mövzular

Estoniya səfiri Yunanıstanda gəmi qəzasında yaralandı
17-03-2026, 13:08Tramp ABŞ-nin sanksiya siyasətini yenidən nəzərdən keçirməyi tapşırdı
19-03-2025, 10:27Cəbrayılda Bilik Günü münasibətilə tədbir keçirilib
15-09-2025, 22:08