Çərşənbə
Dek 18

Kilian Mbappedən fanatlarına şad xəbər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Real Madrid" klubunun fransalı ulduz futbolçusu Kilian Mbappe bu gün Qitələrarası Kubokun finalında "Paşuk"a qarşı keçiriləcək oyunda əsas heyətdə yer alacaq.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, zədə üzündən yaşıl meydanlardan uzaq qalan Kilian Mbappe yenidən əsas heyətdə çıxış edəcək.

Qeyd edək ki, Kilian Mbappe UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı keçirilən matçında zədələnib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.