Çərşənbə axşamı
Apr 14

Patris Evradan "Barselona"ya sərt sözlər: "Siz artıq kral deyilsiniz"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Mançester Yunayted"in sabiq ulduzu Patris Evra Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq "Atletiko Madrid" - "Barselona" qarşıdurması ilə bağlı diqqətçəkən açıqlamalar verib.

King.Az xəbər verir ki, fransalı veteran futbolçu ilk matçda qeydə alınan 2:0 hesablı məğlubiyyətdən sonra Kataloniya təmsilçisinin vəziyyəti dəyişə biləcəyinə qətiyyən inanmır.

"Barselona" azarkeşləri reallığı qəbul etməlidirlər. Hər yerdə geri dönüş barədə söhbətlər görürəm, amma bu, 2015-ci ildəki komanda ilə eyni deyil. "Barselona" artıq yoxdur", - deyə Evra qeyd edib.

O, son illərdə katalonların bu mötəbər turnirin həlledici mərhələlərində mütəmadi olaraq uğursuzluqla üzləşdiyini xüsusi vurğulayıb.

"Onlar buna qadir deyillər. Çempionlar Liqası fərqli bir hekayədir. Artıq kral deyilsiniz", - deyə sabiq futbolçu əlavə edib.

Xatırladaq ki, "Atletiko Madrid" - "Barselona" qarşılaşması bu gün saat 23:00-da start götürəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.