Məşhur türkiyəli futbolçu Arda Gülerin "Real Madrid"dəki gələcəyi ilə bağlı spekulyasiyalar fonunda onun geri satınalma şərti ilə Almaniya komandasına satılacağı iddia edilir.
King.Az-ın xəbərinə görə, bu barədə "Haber Global"ın materialında bildirilir.
Qeyd edilir ki, gələn mövsüm "Real Madrid" komandasında köklü dəyişikliklərin olacağı dəqiqdir. Bu kontekstdə də "Real Madrid"in prezidenti perspektivli gənc oyunçulardan birini komandadan göndərmək imkanını nəzərdən keçirir. Namizədlərin sırasında "Bayer Leverkuzen" kimi klubların hədəfində olan gənc futbolçu Arda Gülerin olduğu ehtimal edilir.
İddialara görə, Xabi Alonsonun "Leverkuzen" ilə müqaviləsini ləğv edə bilməsi üçün "Real Madrid" Arda Güleri Almaniya komandasına göndərəcək. Amma bu, kirayə əsasında olmayacaq. Əvəzində geri satınalma opsiyasından (variantından) istifadə ediləcək. "Real Madrid" bu variantı Niko Pazı "Komo"ya satdığı zaman tətbiq etmişdi. Beləliklə də İspaniya nəhəngi lazım gələrsə, Ardanı yenidən heyətinə qatmaq hüququna sahib olacaq.
Hazırda yay transfer pəncərəsi dövründə bu ehtimalın gerçəkləşib-gerçəkləşməyəcəyi dəqiq olmasa da, belə bir variantın mövcudluğu istisna edilmir.
Oxşar Mövzular
ABŞ və Avropa İttifaqı Xameneiyə əvəz axtarırlar
21-06-2025, 15:40
Belçika səfirliyi Naxçıvana hücumu pisləyib
6-03-2026, 13:55Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirildi
16-09-2025, 11:44