"Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Bernardu Silva İngiltərə Premyer Liqasının tarixinə adını qızıl hərflərlə yazdırıb.
King.Az xəbər verir ki, o, turnirdə ən çox oyun keçirən portuqaliyalı futbolçu ünvanına sahib çıxıb.
Təcrübəli 31 yaşlı oyunçu bu tarixi nailiyyətə çempionatın 32-ci turu çərçivəsində baş tutan "Çelsi" ilə qarşılaşmada imza atıb. Bu, onun Premyer Liqada meydana çıxdığı 297-ci matç kimi qeydə alınıb.
Məhz bu göstərici ilə Bernardo karyerası ərzində "Fulhem", "Vest Hem" və "Arsenal" formalarını geyinmiş keçmiş futbolçu Luis Boa Morteni (296 oyun) taxtından edib. Tarixi siyahının ilk üçlüyünü isə hesabında 236 oyun olan Kriştianu Ronaldu tamamlayır.
Oxşar Mövzular
Ərdoğan: "Tramp istəsə, Ukraynadakı münaqişə tezliklə bitəcək"
8-11-2024, 16:00Lisenziyalarla bağlı YENİ QƏRAR
23-10-2025, 15:07Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
20-09-2025, 14:34