Qoç
Bu gün bir çox faydalı işlərlə məşğul olmaq üçün münasib gündür — istər bunları təkbaşına, istərsə də kiminsə köməyi ilə görəsiniz. Ola bilsin ki, təkcə sizi deyil, ətrafınızdakı insanları da maraqlandıran məsələləri həll etməli olasınız. Sizdən çox şey gözləniləcək, amma nəticə məyusedici olmayacaq. Sadəcə, işlərinizin hamısı asan və tez başa gəlməyəcək; bir qədər zəhmət çəkməli olacaqsınız.
Qeyri-adi görüşlər, maraqlı tanışlıqlar mümkündür. Fərqli insanlarla asan ünsiyyət quracaq, bəziləri ilə səmimi dostluq münasibətləri yaranacaq. Bəzi Qoçlar haqqında çox eşitdikləri insanlarla qarşılaşacaq, yeni romantik hisslər və münasibətlər başlaya bilər.
Buğa
Bir çox işlər uğurlu alınacaq. Uzun müddətdir düşündüyünüz planları həyata keçirmək və ya mürəkkəb, vacib bir işi başa çatdırmaq üçün münasib zamandır. Əvvəllər buraxılmış səhvləri düzəltmək imkanı da olacaq — bundan sonra həyatınız xeyli asanlaşacaq. Gün uzunmüddətli planlar qurmaq üçün də uyğundur. Siz vəziyyəti real qiymətləndirəcək, boş ümidlərə qapılmayacaq və planlarınızı gerçəkləşdirə biləcəksiniz.
Qeyri-adi təkliflər mümkündür. Sizi maraqlı bir tədbirə dəvət edə, səyahətə çağırar və ya orijinal ideya ilə maraqlandıra bilərlər. Amma bütün bunlar sizi nə qədər ruhlandırsın, yenə də sağlam düşüncəni qoruyacaqsınız. Intuisiyanız sizə hansı hallarda razılıq verib, hansı hallarda nəzakətlə imtina etməyin daha doğru olduğunu göstərəcək.
Əkizlər
Bu gün nə qədər gözlənilməz hadisələr olsa da, siz sakitliyinizi və özünüzə inamı qoruyacaqsınız. Ətrafınızdakılar çaşqınlıq içində olarkən, siz necə davranmağın doğru olduğunu tez anlayacaqsınız. Əkizlərin liderlik keyfiyyətləri bu gün çox işə yarayacaq — siz həm başqalarına dəstək verəcək, həm də ümumi məsələlərin həllində önəmli rol oynayacaqsınız.
Yeni, orijinal ideyalar yaranacaq. Dostlar və yeni tanışlar bu fikirləri məmnuniyyətlə dəstəkləyəcəklər. Bəziləriniz əvvəllər mümkünsüz görünən bir planı həyata keçirmək üçün kömək və dəstək alacaqsınız.
Xərçəng
Bu gün diqqət mərkəzində olmaqdan çəkinməyən və öz bacarığını nümayiş etdirmək istəyənlər üçün imkanlarla dolu olacaq. Yeni tanışlıqlar asan baş tutacaq, müxtəlif insanlarla ünsiyyət qurmaqda çətinlik çəkməyəcəksiniz. Bu xüsusilə, işini dəyişmək və ya şəxsi biznesə başlamaq istəyən Xərçənglər üçün faydalıdır. Ola bilər ki, yaxın günlərdə sizə maraqlı təkliflər edilsin.
Maliyyə vəziyyətiniz ümumilikdə əlverişli olacaq, lakin düşünülməmiş xərclərdən və riskli layihələrə sərmayədən çəkinin. Lazımi alış-verişlər mümkündür, amma yalnız doğrudan da ehtiyac duyduğunuz şeyləri alın.
Şir
Bu gün çox iş görmək mümkündür, sadəcə vaxtınızı boş mübahisələrə və mənasız söhbətlərə sərf etməyin. Yeni bir işə başlamaq və ya maraqlandığınız sahədə özünüzü sınamaq üçün gözəl fürsətdir. Bu gün qazandığınız təcrübə gələcəkdə sizə çox kömək edəcək. Yaradıcılıq və qeyri-adi düşüncə tələb edən sahələrdə özünüzü xüsusilə yaxşı göstərəcəksiniz.
Maliyyə vəziyyətiniz sabit olacaq, amma ani istəklərə uymayın və faydasız şeylərə çox pul xərcləməyin. Əvvəldən planlaşdırılmamış iri alış-verişlərə tələsməyin və ciddi öhdəliklər götürməyin.
Qız
Bu gün ehtiyatlı davranın və heç nəyə tələsməyin. Tələsik qərarlar yanlış nəticələrə gətirə bilər. Bəzi Qızlar üçün gün emosional sınaqlarla dolu olacaq. Əvvəllər sizi tez anlayan insanlar bu gün daha həssas davranacaq, zarafatları və ya tənqidləri səhv anlaya bilər. Əgər fikir ayrılığı yaranarsa, bir az fasilə verib duyğularınızı tənzimləyin, sonra problemi sakit şəkildə həll etməyə çalışın.
Pul xərcləməyə tələsməyin. İlk baxışda sərfəli görünən alış-veriş və ya razılaşmalar gözlədiyiniz nəticəni verməyə bilər. Əyləncə və istirahət üçün nəzərdə tutulmuş xərclərdə də ölçülü olun. Əvəzində qənaət və maliyyə ehtiyatı yaratmaq üçün əlverişli gündür.
Tərəzi
Bu gün istirahətə deyil, vacib işlərə yönələn Tərəziləri bir çox maraqlı imkanlar gözləyir. Qarşınıza konkret məqsəd qoyun və ona doğru əzmlə irəliləyin – nəticələr sizi sevindirəcək. Ən cəsarətli planlarınız belə həyata keçə bilər, yetər ki, diqqəti yayındırmayasınız.
Maliyyə sahəsində yaxşı dəyişikliklər, gözlənilməz gəlir və ya sərfəli razılaşmalar mümkündür. Sadəcə, düşünülməmiş xərclərə yol verməyin.
Əqrəb
Bu gün bir çox yeni başlanğıclar üçün münasibdir. Hətta adi işlər belə sizə maraqlı görünəcək, çünki siz onlara yaradıcı yanaşacaqsınız. Ətrafınızdakılar da bu əhvalınızı hiss edəcək və təşəbbüslərinizi dəstəkləyəcəklər. Birlikdə həm cari məsələləri həll edəcək, həm də mühüm bir məqsədə çatacaqsınız. Köhnə dost və tanışların bir vaxtlar irəli sürdüyü ideyalara da yenidən baxmağa dəyər – bu dəfə onları daha obyektiv qiymətləndirə biləcəksiniz.
Maliyyə baxımından gün uğurludur. Alış-verişlər həm zövq, həm də real fayda gətirəcək, sərmayələr isə gəlir verəcək.
Oxatan
Bu gün maliyyə məsələlərinə diqqət yetirin. Gözlənilən gəlir bir qədər gecikə və ya xərclər artaraq sizi çaşdıra bilər. Amma narahat olmağa dəyməz – diqqətli davranmaqla problemlərin qarşısını ala bilərsiniz. Planlaşdırılmamış borc və ya kreditlərdən uzaq durun. Bu gün qənaət və ölçülü xərcləmə daha faydalı olacaq.
Qalan sahələrdə gün yaxşı keçəcək. Toplanmış işləri həll edə, əvvəl başladığınız layihələri tamamlaya biləcəksiniz. Yeni təşəbbüslər üçün də münasib vaxtdır – kömək etmək istəyən insanlar tapılacaq.
Oğlaq
Səbir və inadkarlığınız sayəsində siz bu gün heç kimin ümid etmədiyi yerdə uğur qazanacaqsınız. Bəzilərinə ideyalarınız dərhal xoş gəlməsə də, siz tezliklə onların da rəğbətini qazanacaqsınız. Öz nailiyyətləriniz barədə danışmaqdan çəkinməyin – bu sizə gələcəkdə daha çox dəstək qazandıracaq.
Maliyyə vəziyyətiniz sabit qalacaq. Əlavə gəlir gətirəcək layihələr və ya ikinci işlə bağlı təkliflər mümkündür – bunları diqqətlə nəzərdən keçirin.
Dolça
Bu gün asan keçməyəcək, amma siz bütün çətinliklərin öhdəsindən gələcəksiniz. İşlər çox olacaq, bəziləri başqalarına kömək üçün vaxt ayırmalı olacaq. Amma siz balansı qoruyacaq, həm başqalarına, həm də öz işlərinizə vaxt tapacaqsınız.
Maliyyə baxımından ciddi dəyişikliklər gözlənilmir. Böyük xərclər və ya borc götürməzdən əvvəl yaxşı düşünün. Vacib alış-verişləri bir qədər sonraya saxlamaq daha məqsədəuyğundur.
Balıqlar
Bu gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Ticarət, müqavilələr və iri alış-verişlər uğurlu olacaq. Öz biznesi olan Balıqlar yeni müştərilər tapacaq, fəaliyyət sahəsini genişləndirəcək. Yeni iş açmaq istəyənlər üçün də ilk addımı atmaq üçün doğru zamandır.
Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik mümkündür. Yeni tanışlar sizi hər zaman dəstəkləməyə bilər, intuisiya da bəzən sizi çaşdıra bilər. İnsanların sözlərini düzgün anlamaq çətin ola bilər, buna görə də sual verməkdən çəkinməyin. Yaxınların məsləhətləri və təcrübəsi sizə düzgün istiqamət tapmaqda kömək edəcək.
Oxşar Mövzular
Xamenei və Netanyahunu Suriyada birləşdirən qorxunc plan üzə çıxdı
10-03-2025, 22:47"S&P" SOCAR-ın kredit reytinqini "BB" səviyyəsinə yüksəldib
13-11-2025, 13:55