Fransanın bir sıra elektrik stansiyaları, o cümlədən ölkənin cənub-qərbində yerləşən "Qolfeş" Atom Elektrik Stansiyasının (AES) reaktoru İspaniyanın elektrik şəbəkəsində baş vermiş genişmiqyaslı qəza səbəbindən elektrik enerjisinin hasilatını müvəqqəti dayandırıb.
King.Az-ın xəbərinə görə, bu barədə Fransanın RTE elektrik şəbəkəsi operatoru məlumat verib.
"Elektrik kəsintisi Fransada bir sıra konkret, lakin orta dərəcəli nəticələrə gətirib çıxarıb ki, bunlara Fransanın cənub-qərbində bir sıra generasiya stansiyalarının (o cümlədən "Qolfeş" AES-in reaktoru) işinin avtomatik olaraq dayanması, RTE şəbəkəsinə qoşulmuş bəzi sənaye istehlakçılarının və paylayıcı şəbəkəyə qoşulmuş bəzi məişət istehlakçılarının fəaliyyətinin pozulması və ya dayanması kimi halları misal göstərmək olar", - deyə operatorun saytında bildirilib.
Xatırladaq ki, aprelin 28-i günortadan sonra İspaniyada elektrik enerjisinin verilişində böyük fasilələr qeydə alınıb. İşıqforlar fəaliyyətini dayandırıb, ictimai nəqliyyat və xəstəxanaların fəaliyyəti pozulub, insanlar qatarlarda çarəsiz qalıblar. Həmçinin mobil rabitə və internet də işləməyib. İşıq kəsintisi, eyni zamanda, Portuqaliyaya da təsir edib.
Oxşar Mövzular

Bu gün keçiriləcək ən maraqlı futbol oyunlarının AFİŞASI
10-03-2025, 11:26
Rusiya, İran və Türkiyə Suriya ilə bağlı görüş keçirəcəklər
6-12-2024, 14:45
İngiltərə Premyer Liqası: "Çelsi" səfərdə "İpsviç"ə uduzdu
31-12-2024, 15:49