İndoneziyanın Simeulue adasında 6.6 bal gücündə zəlzələ qeydə alınıb.
King.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Bildirilir ki, zəlzələnin episentri 15 min əhalisi olan Sinabanq şəhərinin 46 kilometr cənubunda olub, ocağı 25 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Oxşar Mövzular
Əli Əsədov Belarusun yeni təyin olunan baş nazirini təbrik edib
12-03-2025, 12:54
Uşaqlara balıq yağı vermək düzgündür?
16-12-2025, 11:31
