Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"nin yeni stadionu olan "Nu Stadium"da vurulan ilk qolun müəllifi olub.
King.Az xəbər verir ki, "İnter Mayami" yeni arenada ilk matçını keçirib.
Komanda MLS-in müntəzəm çempionatı çərçivəsində "Ostin"i qəbul edib. Messi 10-cu dəqiqədə fərqlənib. Görüş 2:2 hesabı ilə başa çatıb.
"Nu Stadium"un maksimal tutumu 26 700 nəfərdir. Əvvəllər "İnter Mayami" Fort-Loderdeyl şəhərindəki "Çeyz-Stedium"da çıxış edirdi.
Messi 2023-cü ilin yayından "İnter Mayami"nin heyətində çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir.
Oxşar Mövzular

Aİ Yaxın Şərqə əlavə hərbi gəmilər göndərir
2-03-2026, 10:59"Şamaxı" klubu heyətini ukraynalı müdafiəçi ilə gücləndirmək istəyir
13-01-2025, 19:02Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır
4-10-2024, 21:12