Çərşənbə axşamı
Fev 18

Olivye Jirunun evindən 500 min dollar dəyərində əşya oğurlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun evi qarət olunub.

King.Az "TMZ Sports"a istinadən xəbər verir ki, hazırda ABŞ-nin "Los-Anceles" klubunda çıxış edən 38 yaşlı hücumçunun evindən oğurluq edilib.

Onun həyat yoldaşı aidiyyəti qurumlara məlumat verib.

Oğurlanan əşyalar arasında ondan çox saat da olub. Onların ümumi dəyəri təxminən 500 min dollar təşkil edir.

Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb, polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.