ABŞ-nin "Kolambus Kryu" klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
King.Az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb.
O, 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Görüş qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Kolambus Kryu"nun cari mövsümdə ilk qalibiyyətidir.
Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Oxşar Mövzular
Parisdə terror aktı planlaşdıran üç gənc qadın saxlanıldı
9-11-2025, 14:57Xaçmaza yeni polis rəisi təyin olunub
21-12-2024, 17:42"Roma" Dibalanı itirdi: Baş məşqçi futbolçunun zədəsindən danışdı
3-11-2025, 17:29