İsrail ordusu yaxın günlərdə Qəzzada hərbi əməliyyatı gücləndirə və bunun üçün ehtiyatda olan onminlərlə əsgəri orduya çağıra bilər.
King.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat verib.
Qeyd olunur ki, əməliyyatın genişləndirilməsi ilə bağlı qərar İsrailin Baş naziri Benyamin Netanyahunun kabinetinin mayın 3-də keçirilən iclasında qəbul edilib.
Məlumata görə, hərbi əməliyyatların intensivləşməsinin səbəbi Fələstinin HƏMAS hərəkatı ilə uzun sürən müharibənin uzanmasıdır.
Xatırladaq ki, qısa sürən atəşkəsdən sonra martın 18-də İsrail ordusu Fələstin anklavında hərbi əməliyyatları bərpa edib.