2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
King.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Toplanış 13-26 aprel tarixlərini əhatə edəcək. AFFA və PFL-in məsləhətləşmələrindən sonra bütün potensial futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərti ilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasının aprelin 13-də keçiriləcək oyunlarından sonra yarışda ikihəftəlik fasilə yaranacaq.
Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək.
Oxşar Mövzular
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
3-10-2024, 12:38Əzm ilə ənənənin qarşılaşması: Dieqo Lopes Jan Silvaya qarşı
12-09-2025, 15:20