Bazar ertəsi
Mar 30

"Artıq zövq almıram" - Dünya çempionundan gözlənilməz etiraf

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Dördqat dünya çempionu Maks Ferstappen "Formula-1"də gələcəyi barədə düşünməyə başladığını bildirib.

King.Az BBC-yə istinadən xəbər verir ki, o, artıq yarışlardan əvvəlki kimi zövq almadığını deyib.

Pilot mövsümün sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı suala cavabında bu barədə düşündüyünü qeyd edib. Onun sözlərinə görə, "Formula-1"in tələb etdiyi səylərin buna dəyib-dəymədiyi və ailəsi ilə daha çox vaxt keçirməyin daha yaxşı olub-olmadığı barədə tərəddüd edir.

Qeyd edək ki, "Formula-1" pilotunun "Red Bull Racing" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.