DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi bu gündən etibarən başlayır.
King.Az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə səkkiz gərgin qarşılaşma baş tutacaq.
Türkiyə yığması İstanbulda Rumıniya seçməsi ilə həlledici duelə çıxacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Qeyd edək ki, həm yarımfinal, həm də final mərhələlərinin taleyinə cəmi bir oyunda aydınlıq gələcək. Dünya çempionatına vəsiqə qazandıracaq həlledici final görüşləri isə martın 31-də təşkil olunacaq.
DÇ-2026
Pley-off
A yolu
23:45. İtaliya - Şimali İrlandiya;
23:45. Uels - Bosniya və Herseqovina.
B yolu
23:45. Ukrayna - İsveç;
23:45. Polşa - Albaniya.
C yolu
21:00. Türkiyə - Rumıniya;
23:45. Slovakiya - Kosovo.
D yolu
23:45. Danimarka - Şimali Makedoniya;
23:45. Çexiya - İrlandiya.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.
Oxşar Mövzular

Gündəlik Bürclər-(06.12.2025)
6-12-2025, 00:00Arash & Helena - One Day
2-02-2025, 19:14
