Çərşənbə
Mar 25

"Real Madrid"də həkim səhlənkarlığı: Mbappenin yanlış dizi müayinə olunub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Real Madrid"in həkimləri hücumçu Kilian Mbappenin dizini yoxlayarkən ciddi səhvə yol veriblər. Tibb işçiləri futbolçunun sol dizini müayinə etmək əvəzinə, sağ dizini yoxlayıblar.

King.Az euro-football.ru saytına istinadən xəbər verir ki, bu barədə COPE də daxil olmaqla bir çox mənbə məlumat yayıb.

Daha əvvəl K.Mbappe "Real Madrid"dəki müayinə ilə bağlı problemi dolayısı ilə təsdiqləmişdi. Futbolçunun sözlərinə görə, bəxti gətirib ki, Parisdə ona düzgün diaqnoz qoyulub.

K.Mbappe artıq tam bərpa olunub və Fransa millisinin düşərgəsinə çağırılıb.

Qeyd edək ki, komandanı qarşıda Braziliya və Kolumbiya yığmalarına qarşı yoldaşlıq oyunları gözləyir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.