Amerikalı milyarder və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "X" sosial şəbəkəsinin istifadəçiləri üçün yeni tövsiyə alqoritminin tətbiqini elan edib.
King.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"X"in tövsiyə alqoritmi "Grok"un yüngül versiyası ilə əvəz ediləcək, ona görə də istifadəçilərin qarşısına çıxan tövsiyələr daha yaxşı olacaq", - sahibkar qeyd edib.
Bundan əvvəl bir sıra istifadəçilər, o cümlədən sosial şəbəkənin sahibinin özü "X"dəki tövsiyələrdən narazılığını bildirmişdi.
Oxşar Mövzular
"Real" heyətini "Ən-Nəsr"in müdafiəçisi ilə gücləndirə bilər
26-10-2024, 11:28