UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk dörd qarşılaşması keçirilib.
King.Az xəbər verir ki, "Qarabağ"ı turnirdən kənarlaşdıran "Nyukasl" evdə İspaniya nəhəngi "Barselona"nı qəbul edib.
Tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1. Harvi Barnsın vurduğu qola, Lamin Yamal penaltini dəqiq yetirməklə cavab verib.
"Atletiko Madrid" "Tottenhem" matçında yeddi qol vurulub. Ev sahiblərinin beş qoluna, London təmsilçisi yalnız iki dəfə cavab verə bilib - 5:2.
"Bavariya" isə səfərdə "Atalanta"nı darmadağın edib. Almanlar rəqib qapısından altı top keçiriblər, İtaliya təmsilçisi təsəlli qoluna sevinib - 1:6.
Daha əvvəl keçirilmiş "Qalatasaray" - "Liverpul" matçında 1:0 hesablı nəticə qeydə alınıb.
Oxşar Mövzular
Gündəlik Bürclər-(10.12.2024)
10-12-2024, 00:32
"Bayraktar Kızılelma" döyüş təyyarəsi dünya aviasiya tarixinə keçdi
30-11-2025, 15:22