0
Bazar ertəsi
Yan 06

"Arsenal" hücum xəttini italiyalı hücumçu ilə gücləndirmək niyyətindədir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərənin "Arsenal" klubu "Atalanta"da çıxış edən italiyalı hücumçu Mateo Reteqinin transferində maraqlıdır.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, "topçular" Reteqi üçün "Atalanta" klubuna 55 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

"Arsenal"la yanaşı "Aston Villa"nın da Mateo Reteqi ilə maraqlandığı bildirilib.

Qeyd edək ki, Mateo Reteqi bu mövsüm "Aston Villa" forması ilə 24 oyunda meydana çıxıb, 14 qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.