İngiltərə Premyer Liqasında 29-cu turun növbəti oyunları keçirilib.
King.Az xəbər verir ki, turnir cədvəlinin lideri "Arsenal" səfərdə "Brayton"la qarşılaşıb.
Görüş "topçular"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. Bu nəticə ilə xal ehtiyatını 67-yə çatdıran London təmsilçisi liderliyini davam etdirir.
"Mançester Siti" - "Nottingem Forest" matçında isə sürpriz nəticə qeydə alınıb. "Şəhərlilər" evdə rəqibi ilə heç-heçəyə razılaşıb - 2:2. Aktivində 60 xal olan "Mançester Siti" ikinci yerdə qərarlaşıb.
"Aston Villa" - "Çelsi" görüşündə beş qol vurulub. "Zadəganlar" rəqib qapıçını dörd dəfə məyus ediblər. Ev sahibləri isə təsəlli qoluna seviniblər - 1:4. "Aston Villa" 51 xalla turnir cədvəlində dördüncü, "Çelsi" isə 48 xalla beşincidir.