Bazar ertəsi
Fev 23

Lebron Ceyms NBA tarixinə keçdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Los-Anceles Leykers" klubunun lideri və hücumçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) 2025/2026-cı illər mövsümünün müntəzəm çempionatında "Boston Seltiks"lə qarşılaşmada iştirak edib. Həmin görüşdə onun komandası rəqibinə 89:111 hesabı ilə məğlub olub.

King.Az xəbər verir ki, 41 yaşlı ulduz basketbolçu parketdə ümumilikdə 34 dəqiqə keçirib. Bu müddət ərzində o, aktivinə 20 xal (meydandan 21 atışdan 9-u, üçxallıq məsafədən 5-dən 1-i, cərimə atışlarından 1-dən 1-i dəqiq olmaqla), beş məhsuldar ötürmə və dörd ribaund yazdırıb. Ceymsin bu matçdakı faydalılıq əmsalı (plus-minus) -14 təşkil edib.

Bu göstərici sayəsində Lebron NBA tarixində müntəzəm çempionat oyunlarında 43 000 xal səddini keçən ilk oyunçu kimi tarixə düşüb. Hazırda onun hesabında 43 008 xal var. Pley-off mərhələsinin oyunları da nəzərə alındıqda isə əfsanəvi basketbolçunun ümumi xalı 51 297-yə çatır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.