Bazar ertəsi
Fev 23

Ançelotti ən çox maaş alan milli komanda baş məşqçisi olacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Braziliya Futbol Konfederasiyasının rəhbərliyi Karlo Ançelotti ilə yeni dördillik müqavilə imzalamağı planlaşdırır.

King.Az AS nəşrinə istinadən xəbər verir ki, bu müqaviləyə əsasən, o, dünyada milli komandanın ən yüksək ödənişli məşqçisi ola bilər.

Bildirilir ki, Ançelottinin maaşı illik təxminən 40 milyon avro təşkil edəcək.

Mütəxəssisin hazırkı müqaviləsinə həmçinin Braziliya millisinin 2026-cı il Dünya Çempionatında qalib gələcəyi təqdirdə, beş milyon avro məbləğində bonus daxildir.

İtalyan mütəxəssis Braziliya komandasına 2025-ci ilin mayından rəhbərlik edir və bu müddət ərzində səkkiz oyun keçirib, dörd qələbə qazanıb, iki dəfə heç-heçə edib və iki məğlubiyyətlə üzləşib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.