Bazar
İyl 20

ABŞ-nin keçmiş dövlət katibi: "Ukrayna münaqişəsində dönüş nöqtəsi yaranıb"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"ABŞ Prezidenti Donald Trampın Ukraynada hərbi əməliyyatları 50 gün ərzində dayandırmaq ultimatumu münaqişədə dönüş nöqtəsidir".

King.Az "The Hill" nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Kondoliza Rays deyib.

"Fikrimcə, Ukrayna xalqına verə biləcəyimiz ən yaxşı xəbər ABŞ və Avropanın nəhayət yekdil fikrə gəlmələridir: Vladimir Putini sözlə dayandırmaq olmaz. O, yalnız davam edə bilməyəcəyini anlayanda dayana bilər", - deyə Rays vurğulayıb.

Xatırladaq ki, Tramp iyulun 14-də hərbi əməliyyatların dayandırılması üzrə danışıqlarda irəliləyiş olmasa, 50 gündən sonra Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.