Cümə
Fev 20

UEFA Konfrans Liqası: "Samsunspor" və "Fiorentina" səfərdə qalib gəliblər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Konfrans Liqasının pley-off mərhələsinə start verilib.

King.Az xəbər verir ki, pley-off mərhələsinin ilk səkkiz oyunu baş tutub.

Maraqla gözlənilən qarşılaşmalardan biri "Şkendiya" (Şimali Makedoniya) və "Samsunspor" (Türkiyə) komandaları arasında keçirilib. "Samsunspor" görüşdən minimal hesablı qələbə ilə ayrılıb - 0:1.

İtaliya A Seriyasında turnir cədvəlinin son pillələrində qərarlaşan "Fiorentina" isə Polşada "Yagelloniya"nın qonağı olub. İtalyanlar rəqibinə heç bir şans verməyərək 0:3 hesabı ilə qalib gəliblər.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

"KuPS" (Finlandiya) - "Lex" (Polşa) - 0:2;

"Noa" (Ermənistan) - "AZ Alkmaar" (Niderland) - 1:0;

"Siqma Olomouts" (Çexiya) - "Lozanna (İsveçrə) - 1:1;

"Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə) - 1:1;

"Drita" (Kosovo) - "Selye" (Sloveniya) - 2:3;

"Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya) - 0:1.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.