0
Cümə
Noy 15

Xviça Kvaratsxeliya "Napoli" ilə yollarını ayıra bilər

HASANLY
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya hazırda formasını geyindiyi İtaliyanın "Napoli" klubunu tərk edə bilər.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, İspaniya təmsilçisi "Barselona" ona ciddi maraq göstərir.

Kataloniya klubunun nümayəndələrinin 23 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxladığı və onun mümkün transferini müzakirə etdikləri bildirilib.

Qeyd edək ki, X.Kvaratsxeliya 2024/2025 mövsümündə "Napoli"nin heyətində bütün turnirlərdə 12 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.