ABŞ Prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır.
King.Az TASS-a istinadən xəbər verir ki, o, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib.
"Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var", - o bildirib.
Tramp həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.
Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə oxşar fikirlər səsləndirib. O, sonuncu dəfə yanvarın 6-da Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.

Oxşar Mövzular
İsrail prezidenti NATO-nun analoqunun yaradılmasını təklif etdi
6-10-2024, 23:48Rusiyalı idmançı Milli Hokkey Liqasının rekordunu təkrarlayıb
5-04-2025, 15:23