İtaliyanın "Yuventus" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqası matçında beş top buraxıb.
King.Az bu barədə championat.com-a istinadən xəbər verir.
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ilk pley-off oyununda turinlilər "Qalatasaray" klubuna böyük hesabla uduzublar (5:2).
"Opta Sports" "Telegram" kanalının verdiyi məlumata görə, "Yuventus" avrokuboklarda sonuncu dəfə 5 və daha çox top 1958-ci ildə "Viner" klubundan buraxıb. (0:7). Bu, Avropa Çempionlar Kubokunda baş verib.
"Qalatasaray" və "Yuventus" arasındakı cavab matçı fevralın 25-də baş tutacaq.