Səudiyyə Ərəbistanı Pro Liqasının 4-cü turu çərçivəsində son çempion "Əl-İttihad" bürünc mükafatçı "Ən-Nəsr"i qəbul edib.
King.Az xəbər verir ki, matçdan öncə qarşılaşma Kərim Benzema - Kriştianu Ronaldu dueli kimi xarakterizə olunub. Hərçənd portuqaliyalı oyunda fərqlənsə də, fransız heç nə ilə yadda qalmayıb.
Görüşdə hesabı 9-cu dəqiqədə Mane açıb. 35-ci dəqiqədə Ronaldu qonaqların 2-ci qolunu vurub. Meydan sahibləri paytaxt klubuna müqavimət göstərə bilməyiblər - 0:2.
Hazırda "Ən-Nəsr" 12 xalla turnir cədvəlinin vahid lideridir. "Əl-İttihad" ondan 3 xal geri qalmaqla 2-ci sırada qərarlaşıb.
Oxşar Mövzular
Imagine Dragons - Believer (8D AUDIO) 🎧
5-10-2024, 22:59
