Çərşənbə axşamı
Fev 17

Gürcüstan Qış Olimpiya Oyunları tarixində ilk medalını qazandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliyada təşkil olunan Qış Olimpiya Oyunlarında mübarizə aparan Anastasiya Metelkina və Luka Berulava cütlüyü fiqurlu konkisürmə yarışlarında gümüş medala sahib çıxıb. Bu uğurlu nəticə ilə onlar Gürcüstan yığmasına Qış Oyunları tarixindəki ilk medalı qazandırıblar.

King.Az "TASS"a istinadla xəbər verir ki, Metelkina və Berulava dueti həm qısa, həm də sərbəst proqramların yekununda 221.75 xal toplamağa müvəffəq olub.

Yarışın qalibi adına yaponiyalı Riku Miura və Ryuiçi Kihara cütlüyü layiq görülüb (231.24 xal). Onlar sərbəst proqramda dünya rekordunu (158.13) yeniləyiblər. Almaniyanı təmsil edən Minerva Fabien Hase və Nikita Volodin isə 219.09 xal toplayaraq ilk üçlüyü tamamlayıblar.

Məlumat üçün bildirək ki, Metelkinanın 20, Berulavanın isə 23 yaşı var. Bu idmançılar Avropa çempionatı çərçivəsində qızıl (2026), gümüş (2024) və bürünc (2025) mükafatlar əldə ediblər. Rusiyanın Vladimir şəhərində anadan olan Metelkina 2020-ci ildən etibarən Gürcüstan milli komandasının şərəfini qoruyur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.