Pol Poqba komandasının UEFA Çempionlar Liqası heyətindən kənarlaşdırılıb.
King.Az xəbər verir ki, "Monako" klubu futbolçunun zədəsi səbəbindən belə qərar verib.
Klubun direktoru Tiaqo Skuro açıqlamasında Poqbanın yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı dəqiq cavabın olmadığını qeyd edib:
"Tibbi bölməmiz futbolçunun geri qayıtması üçün həll yolları tapmağa çalışır. İlk olaraq Poqbanın meydançaya qayıtmağı, daha sonra isə fiziki formasının bərpası üçün məşqlər etməsi lazım olacaq".
Qeyd edək ki, fransız futbolçu ötən ilin yayından "Monako"da çıxış edir. Bu mövsüm Fransa liqasında üç oyun keçirib və qol vurmayıb.
Oxşar Mövzular
Saçların düzgün yuyulması: saçınızı nə qədər tez-tez yumalısınız?
22-12-2024, 20:02
Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür
29-09-2024, 14:30
İran beş ərəb dövlətindən dəymiş zərərə görə kompensasiya TƏLƏB EDİR
14-04-2026, 13:12