Çərşənbə axşamı
Yan 20

"Yuventus" Ronalduya milyonlarla avro ödəyəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Turin Əmək Məhkəməsi "Yuventus"un apelyasiya şikayətini rədd edib və futbol klubunun portuqaliyalı hücumçu Kriştianu Ronalduya təxminən 11 milyon avro ödəmək öhdəliyini təsdiqləyib.

King.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

2024-cü ilin aprel ayında qəbul edilmiş arbitraj qərarına əsasən, "Yuventus" Ronalduya 9.8 milyon avro ödəməlidir. Yığılmış faizlər də daxil olmaqla, ümumi borc hazırda təxminən 11 milyon avro təşkil edir. Klub həmçinin məhkəmə xərclərini də ödəməlidir.

Xatırladaq ki, komandanın Ronalduya borcu COVID-19 pandemiyası zamanı yaranıb. O dövrdə Turin klubu xərclərini müvəqqəti olaraq azaldıb. 2021-ci ilin yayında portuqaliyalı futbolçu "Mançester Yunayted"ə keçsə də, "Yuventus" Ronalduya olan borcunu hələ də ödəməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.