İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos yenidən Avropada çıxış etməyə yaxındır.
King.Az "Actu Foot"a istinadən xəbər verir ki, Fransanın "Nitsa" klubu Ramosu transfer etmək niyyətindədir.
Bildirilib ki, tərəflər arasında danışıqlar davam edir. Ramosun özü də Avropa futboluna qayıtmaq niyyətindədir.
Qeyd edək ki, 39 yaşlı müdafiəçinin son klubu Meksikanın "Monterrey" klubu olub. O, dekabrın əvvəlində komandadan ayrılıb.
Qeyd edək ki, Ramos Avropada "Real Madrid", "Sevilya", PSJ kimi klublarda forma geyinib.
Oxşar Mövzular
