"McLaren" pilotu Lando Norris "Formula-1" üzrə 2025-ci il dünya çempionatının 20-ci mərhələsi sayılan Meksika Qran-prisinin qalibi oldu.
King.Az xəbər verir ki, yarış Rodriges qardaşları adına avtodromunda baş tutub.
"Ferrari" pilotu Şarl Lekler ikinci yeri tutub. "Red Bull" pilotu Maks Ferstappen isə ilk üçlüyü qapayıb.
Beləliklə də, Norris 357 xal toplayaraq, ümumi sıralamada birinci yerə çıxıb. O, Meksikada beşinci olan komanda yoldaşı Oskar Piastrini bir xal geridə qoyub. Maks Ferstappenin isə aktivində 321 xal var.