"Real Madrid"in baş məşqçisi Xabi Alonso klub rəhbərliyi ilə fikir ayrılığı yaşayır.
King.Az ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi qış transfer pəncərəsində komandaya yeni oyunçular cəlb etmək fikrində deyil.
Xabi Alonso yarımmüdafiə xəttində rəqabətin daha da artması üçün rəhbərlikdən bir neçə futbolçunun heyətə cəlb olunmasını tələb edir. "Real Madrid" rəhbərliyi isə yay transfer pəncərəsində transferlərə kifayət qədər vəsait ayrıldığını düşünür və zərurət yarandığı halda transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Madrid təmsilçisi hazırda 18 turdan sonra La Liqada 42 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Barselona"dan dörd xal geri qalır.
Oxşar Mövzular
Castin Biber yeni albomunu təqdim etdi
6-09-2025, 13:56ABŞ və İran nüvə sazişi üzrə danışıqları bərpa edəcək
29-06-2025, 12:24