Cümə
Noy 21

Futbol üzrə almaniyalı keçmiş dünya çempionu öldü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Hazırda mövcud olmayan Qərbi Almaniya (Almaniya Federativ Respublikası) millisi ilə 1974-cü ildə futbol üzrə dünya çempionatının qalibi olan Diter Hertsoq 79 yaşında vəfat edib.

King.Az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının (DFB) Mətbuat Xidməti məlumat yayıb.

Ölümün səbəbi açıqlanmayıb.

Hertsoq klub karyerasında "Fortuna" və "Bayer Leverkuzen"dəki çıxışları ilə tanınıb. O, 1983-cü ilin yayında 36 yaşında böyük futboldan ayrılıb və "Bayer Leverkuzen"də çalışıb. Məşhur oyunçu yığmanın heyətində 5 oyun keçirib və qol vura bilməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.