PSJ-nin baş məşqçisi Luis Enrike velosipeddən yıxılaraq körpücük sümüyünü sındırıb.
King.Az Fransa mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis xəstəxanaya yerləşdirilib.
Məlumatda çalışdırıcının əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, L.Enrike 2023-cü ilin yayında PSJ-yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında klub ötən mövsüm Çempionlar Liqasını, Fransa çempionluğunu, ölkə kubokunu və superkuboku qazanıb.
Oxşar Mövzular
Çin hərbi robotların idarə edilməsi üçün 5G rabitə sistemi hazırlayıb
31-12-2024, 20:18Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər
12-01-2025, 13:53