0
Bazar
Noy 09

Mayk Tayson Ceyk Poldan revanş tələb edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Əfsanəvi boksçu Mayk Tayson ötən il məğlub olduğu Ceyk Pola qarşı revanşa hazır olduğunu bildirib.

King.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayson özü açıqlama verib:

"Son döyüşümdən sonra çox şey öyrəndim. Həddindən artıq çox çalışmışdım, məşqlərdə özümü çox yormuşdum. Çox gərgin idim, hər şeydə ifrata varmışdım. İndi isə başa düşürəm ki, daha sakit və rahat olmalıyam".

"Düşünürəm ki, çox intensiv məşq etmişdim və döyüş gücümün böyük hissəsini zalda qoymuşdum. Ümid edirəm ki, revanşı reallaşdıra bilərik. O, son döyüşdə yaxşı çıxış etdi, amma mən bir daha sınamaq istəyirəm", - deyə Tayson bildirib.

Qeyd edək ki, boksçular arasında noyabrın 16-da keçirilən qarşılaşma məşhur yutuberin xal hesablı qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.