Bazar
Noy 09

İtaliya A Seriyası: "Milan" qələbəni əldən verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliya A Seriyası mövsümünün 11-ci turunda "Parma" "Milan"ı qəbul edib.

King.Az xəbər verir ki, Ennio Tardini stadionundakı oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk iki qolu qonaqlar vursalar da, iki ardıcıl top buraxaraq qələbəni əldən veriblər.

Buna baxmayaraq, "Milan" mövsümdə 22-ci xalını qazanaraq turnir cədvəlində "Napoli" ilə zirvəni bölüşür. Sonuncunun eyni sayda xalı, lakin ehtiyatda bir oyunu var. 11 oyundan səkkiz xal toplayan "Parma" isə 17-ci yerdədir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.