"Barselona" iki illik genişmiqyaslı təmirdən sonra Kamp Nouda azarkeşlər qarşısında ilk məşqini keçirib.
King.Az "Haber Global"a istinadən xəbər verir ki, katalon klubunun öz meydanına qayıtması münasibətilə xüsusi tədbir baş tutub.
Məşqi izləmək üçün azarkeşlərə biletlər satılıb və əldə edilən gəlirlərin "Barsa Fondu" vasitəsilə xeyriyyə layihələrinə bağışlanacağı bildirilib.
Qeyd edək ki, layihəyə əsasən 105.410 nəfər izləyici tutumuna malik olması planlaşdırılan arena dünyanın üçüncü ən böyük futbol stadionu olacaq.
Oxşar Mövzular
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"
1-01-2025, 19:40Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq
15-11-2024, 16:14