Çərşənbə
Okt 01

UEFA Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"dan, "Çelsi" "Benfika"dan üstün oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun ilk oyun günü başa çatıb.

King.Az xəbər verir ki, "Qalatasaray" doğma RAMS Parkda "Liverpul"u qəbul edib. Görüşün taleyini bir qol həll edib. İstanbul təmsilçisi Mersisayd klubuna penalti sayəsində qalib gəlməyi bacarıb - 1:0.

İlk turda "Qarabağ"ın məyus etdiyi "Benfika" təmsilçimizin digər rəqibi "Çelsi" ilə səfər matçında da məğlub olub. "Zadəganlar"a qələbə üçün bir dəqiq zərbə kifayət edib - 1:0.

"İnter" "Slavia Praqa" ilə ev matçında azarkeşlərini sevindirib. Meydan sahibləri qonaqların qapısından üç cavabsız top keçiriblər - 3:0.

Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:

"Atalanta" - "Brügge" 2:1;

"Kayrat" - "Real Madrid" 0:5;

"Atletiko Madrid" - "Ayntraxt Frankfurt" 5:1;

"Budyo Qlimt" - "Tottenhem" 2:2;

"Marsel" - "Ayaks" 4:0;

"Pafos"- "Bavariya" 1:5.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.