Çərşənbə axşamı
Sen 30

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

King.Az xəbər verir ki, bu posta Ayxan Abbasov təyinat alıb.

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb. Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, son olaraq U-21 millimizi çalışdıran Ayxan Abbasov, eyni zamanda, "Şamaxı"nın baş məşqçisidir.

Xatırladaq ki, Fernandu Santuşun istefaya göndərilməsindən sonra Ukrayna ilə matça komandanı meydana Ayxan Abbasov çıxarmışdı. Oyun 1-1 hesabı ilə başa çatmışdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.