Bazar
Sen 21

Kazemiro "Mançester Yunayted"də unikal nailiyyət əldə edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Mançester Yunayted" komandasının yarımmüdafiəçisi Kazemiro İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində "Çelsi" ilə görüşdə unikal nailiyyətə imza atıb.

King.Az-ın "Opta Sport"a istinadən verdiyi xəbərə görə, braziliyalı Premyer Liqa matçının birinci hissəsində qol vuran və qırmızı vərəqə alan ilk oyunçu kimi klubun tarixinə düşüb.

Belə ki, Kazemiro 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb, 37-ci dəqiqədə rəqib qapısından qol keçirib, birinci hissəyə əlavə edilmiş dəqiqələrdə isə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Xatırladaq ki, matç "Mançester Yunayted"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.