Cümə
İyl 18

Azərbaycanlı hakim Çempionlar Liqası oyununa təyinat alıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqası oyununa təyinat alıb.

King.Az xəbər verir ki, E.Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.