0
Şənbə
Sen 06

DÇ-2026 seçmə mərhələsi: İtaliyadan darmadağın, Fransa qələbə qazandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bu gün 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutub.

King.Az xəbər verir ki, daha çox maraq doğuran qarşılaşmalar İtaliya - Estoniya və Ukrayna - Fransa matçları olub.

Estonları Berqamoda qəbul edən "Skuadra Adzurra" rəqibin qapısından 5 cavabsız top keçirməklə qələbə qazanıb - 5:0. Bu nəticədən sonra xallarını 6-ya çatdıran italyanlar I qrupunda üçüncü pillədə qərarlaşıblar.

Ev matçını məlum səbəblərdən Polşada keçirən Ukrayna yığması fransızların qarşısında tab gətirməyib. Seçmə mərhələ çərçivəsində ilk oyuna çıxan fransızlar 2 cavabsız qolla 3 xalı əldə ediblər - 0:2.

Digər qarşılaşmalarda qeydə alınan nəticələri təqdim edirik:

Danimarka - Şotlandiya 0:0;

Yunanıstan - Belarus 5:1;

Farer adaları - Xorvatiya 0:1;

Moldova - İsrail 0:4;

Monteneqro - Çexiya 0:2;

Sloveniya - İsveç 2:2;

İsveçrə - Kosovo 4:0.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.